Cümə 29.03.2024

Cüdoçularımız nüfuzlu yarışı 4 medalla başa vurdular

Cüdoçularımız nüfuzlu yarışı 4 medalla başa vurdular

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" seriyalı beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.

Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını 4 medalla başa vurublar.

Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında 6-cı, qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub. Düsseldorf turnirində 659 cüdoçu (392 kişi, 267 qadın) mübarizə aparıb.