Cümə axşamı 25.04.2024

Neapolda heç-heçə, Londonda "Bayern Münhen" gecəsi

Neapolda heç-heçə, Londonda "Bayern Münhen" gecəsi

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları təşkil olunub. İlk görüşlər çərçivəsində iki matç keçirilib.

"Çelsi" İngiltərədə Almaniyanın "Bayern Münhen" komandası ilə üz-üzə gəlib. Tərəflər qitənin ən nüfuzlu klub turnirinin 2012-ci ildəki finalından sonra ilk dəfə qarşılaşıblar. Münhen təmsilçisi səfərdə darmadağınla qalib gələrək demək olar ki, cütün taleyini elə ilk oyundaca həll edib.

Gecənin digər matçı İtaliyada olub. "Napoli" doğma azarkeşlər önündə İspaniya "Barselona"sını qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Bu komandalar arasındakı cavab görüşləri martın 18-də keçiriləcək.

Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

"Çelsi" - "Bayern Münhen" - 0:3
Qollar: Qnabri, 51; 54. Levandovski, 76
Baş hakim: Klement Turpin (Fransa)
"Stemford Bric"

"Napoli" - "Barselona" - 1:1
Qollar: Mertens, 30 - Qrizmann, 57
Baş hakim: Feliks Brıx (Almaniya)
"San Paolo" stadionu