Cümə axşamı 25.04.2024

CAS "Mançester Siti"nin apellyasiya şikayətini təsdiqlədi

CAS "Mançester Siti"nin apellyasiya şikayətini təsdiqlədi

Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan İngiltərənin "Mançester Siti" klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, "şəhərlilər"in apellyasiya şikayəti qəbul olunub. Qurum yekun qərarın nə vaxt veriləcəyini açıqlamayıb.

UEFA "Mançester Siti"ni avrokuboklardan kənarlaşdırmaqla yanaşı, klubu 30 milyon avro məbləğində cərimələyib.

"Mançester Siti" 2015-2016-cı illərdə maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.