• Çərşənbə axşamı, 20 Oktyabr 2020
news-details
Xəbərlər

Mariya Şarapova karyerasını başa vurdu

Rusiyalı məşhur tennisçi Mariya Şarapova karyerasını başa vurduğunu açıqlayıb. Dünyanın keçmiş 1 nömrəli raketka ustası bu barədə "Vanity Fair" saytında yazıb.

"Bildiyin yeganə həyatı necə geridə qoymaq, uşaqlıqdan məşq etdiyin kortlardan, sevdiyin, sənə göz yaşları və sevinc bəxş edən oyundan, ailəni, 28 ildir səni dəstəkləyən azarkeşləri tapdığın idman növündən necə uzaqlaşmaq olar? Bu, mənim üçün yenidir. Ona görə də bağışlayın. Tennis, "görüşənədək" deyirəm".

Qeyd edək ki, 32 yaşlı Mariya Şarapova karyerası ərzində Qadın Tennnisçilər Assosiasiyasının (WTA) 39 turnirinin, o cümlədən, WTA-2014-ün yekun çempionatının qalibi olub. Şarapova fərdi mübarizədə 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Digər xəbərlər