Cümə 29.03.2024

“Real” evdə, “Yuventus” səfərdə uduzdu

“Real” evdə, “Yuventus” səfərdə uduzdu

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gecə daha iki qarşılaşma keçirilib.

Turun mərkəzi görüşü İspaniyada təşkil olunub. “Real Madrid” evdə “Mançester Siti” ilə üz-üzə gəlib. La Liqada son iki turda qalib gələ bilməyən İspaniya təmsilçisi, Premyer Liqada çempionluqdan uzaq düşən “şəhərlilər”in görüşü maraqla gözlənilirdi. "CBC Sport"la canlı yayımlanan qarşılaşmada hesabı "Real" açsa da, qonaqlar sonradan vurduqları iki qolla qələbə qazanıblar.

Gecənin digər matçı isə Fransada olub. “Lion” doğma meydanda “Yuventus”u qəbul edib. Bu oyunda isə Turin təmsilçisi minimal hesabla uduzub.

Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

26 fevral

"Real Madrid" - "Mançester Siti" - 1:2
Qollar: İsko, 60 - Q.Jezus, 78. De Breyne, 83-pen
Baş hakim: Daniele Orsato (İtaliya)
"Santyaqo Bernabeu" stadionu

"Lion" - "Yuventus" - 1:0
Qol: Tusar, 31
Baş hakim: Xesus Xil Manzano (İspaniya)
"Olimpik Lion" stadionu