Cümə axşamı 28.03.2024

Daha iki idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək bu növ üzrə daha 2 lisenziya ayırıb.

Lisenziyaları qadın üzgüçü, dünya reytinqində onluqda olan Dana Şandıbina və 2019-cu ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.