news-details
Xəbərlər

“Başakşəhər” və “Mançester Yunayted” 1/8 finalda, “Arsenal” mübarizəni dayandırdı

Bu gecə UEFA Avropa Liqasında 1/8 finala yüksələn daha 14 komandanın adına aydınlıq gəlib. Türkiyənin "Başakşəhər" klubu "Sportinq"lə qarşılaşıb. İlk oyunda rəqibinə 1:3 hesabıyla uduzan İstanbul təmsilçisi doğma meydanda 4:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

İngiltərənin "Arsenal" klubu "Olimpiakos"u qəbul edib. "Topçular" Yunanıstan təmsilçisinə doğma meydanda uduzaraq mübarizəni dayandırıblar.

Avstriya “Zalsburq”u ilə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubları arasında keçirilməli olan cavab görüşü təxirə salınıb. UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə, buna səbəb güclü fırtına xəbərdarlığıdır.

Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatması ehtimal olunur. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşma bu gün - fevralın 28-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.

Avropa Liqası, 1/16 final mərhələsi

26 fevral

Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya) - 0:1 (ilk oyun 2:3)
Qol: Kent, 61

27 fevral

Başakşəhər (Türkiyə) – Sportinq (Portuqaliya) - 4:1 (1:3)
Qollar: Şkrtel, 31. Aleksiç, 45. Vişça, 90+2; 119-pen – Vietto, 68.

Bazel (İsveçrə) – APOEL (Kipr) - 1:0 (3:0)
Qol: Frey, 38-pen.

Espanyol (İspaniya) – Vulverhempton (İngiltərə) - 3:2 (0:4)
Qollar: Kalyeri, 16; 57-pen; 90+1 – Traore, 22. Doherti, 79.

Portu (Portuqaliya) – Bayer (Almaniya) - 1:3 (1:2)
Qollar: Mareqa, 65 – Alario, 10. Demirbay, 50. Haverts, 58.

Gent (Belçika) – Roma (İtaliya) - 1:1 (0:1)
Qollar: David, 25 – Klyuvert, 29.

LASK (Avstriya) – Alkmaar (Niderland) - 2:0 (1:1)
Qollar: Raquz, 44-pen; 50.

Malmö (İsveç) – Volfsburq (Almaniya) - 0:3 (1:2)
Qollar: Brekalo, 42. Gerhardt, 65. J.Viktor, 69.

Ayaks (Niderland) – Xetafe (İspaniya) - 2:1 (0:2)
Qollar: Danilo, 10. M.Oliveyra, 63 (avtoqol) – Mata, 5.

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) - 1:2 (1:0)
Qollar: Obameyanq, 113 - Sisse, 53. El Arabi, 119.

Benfika (Portuqaliya) – Şaxtyor (Donetsk, Ukrayna) - 3:3 (1:2)
Qollar: Pitsi, 9. R.Dias, 36. R.Silva, 47 - R.Dias, 12 (avtoqol), Stepanenko, 49. A.Patrik, 71.

Seltik (Şotlandiya) – Kopenhagen (Danimarka) - 1:3 (1:1)
Qollar: Eduard, 82-pen – Santos, 51. Biel, 85. Ndoye, 88.

İnter (İtaliya) – Ludoqorets (Bolqarıstan) - 2:1 (2:0)
Qollar: Biraqi, 32. Lukaku, 45+4 – O.Souza, 26.

Mançester Yunayted (İngiltərə) – Brügge (Belçika) - 5:0 (1:1)
Qollar: B.Fernandes, 27-pen. İqalo, 34. Maktominay, 41. Fred, 82; 90+3.

Sevilya (İspaniya) – ÇFR (Kluj, Rumıniya) - 0:0 (1:1)

Digər xəbərlər