• Çərşənbə axşamı, 20 Oktyabr 2020
news-details
Xəbərlər

Şahmatçımız Moskvada çempion oldu

Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında böyük uğura imza atıb. Festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi adını qazanıb.

Yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki şahmatçımız - Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub. Qarşılaşma heç-heçə bitib. Əlavə göstəricilərə görə Aydın Süleymanlı qələbə qazanıb.

Onunla eyni xala malik Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub.

Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub.

Digər xəbərlər