news-details
Xəbərlər

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil edilən mərasimdə 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib.

1/8 final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulmayıb.

Avropa Liqası, 1/8 final

“Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə)
“Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya)
“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)
“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)
“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) - “Bazel” (İsveçrə)
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.

Digər xəbərlər