news-details
Xəbərlər

“Keşlə” “Sumqayıt”la, “Qarabağ” “Sabah”la heç-heçə etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Sumqayıt” “Keşlə”ni qəbul edib. Komandaların turnir cədvəlində qonşu olması bu oyuna marağı daha da artırırdı.

Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə hesab açılmamışdı. İkinci dövrədə Bakıda oynanılan qarşılaşmada isə Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanmışdı – 2:1. Budəfəki dueldə hərəyə 2 dəfə fərqlənən tərəflər 1 xala razılaşıblar.

Günün digər oyunu isə lider “Qarabağ”la “Sabah” arasında olub. “Köhlən atlar” hər iki dövrədə rəqibinə qalib gəlmişi - 2:0, 1:0. Ancaq bugünkü qarşılaşmada rəqibin müqavimətini qıra bilməyib.

Qeyd edək ki, XIX tura martın 1-də keçiriləcək "Zirə" - "Qəbələ" və “Neftçi” – “Səbail” matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XIX tur

29 fevral (şənbə)

“Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: Peyman Babayi, 4, Rəhim Sadıxov, 59 - Vüsal İsgəndərli, 10, Slavik Alxasov, 80
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

“Qarabağ” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər