news-details
Xəbərlər

“Fənərbağça” baş məşqçisiz qaldı

"Fənərbağça" baş məşqçi Ersun Yanalla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

İstefaya baxmayaraq, “Fənərbağça”nı Türkiyə kubokunun yarımfinal mərhələsinin “Trabzonspor”la ilk oyununa məhz Ersun Yanal çıxaracaq. Sözügedən qarşılaşma martın 3-də Trabzonda təşkil ediləcək.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbağça"da işləyib. O, 2013/2014 mövsümündə də bu komandaya rəhbərlik edib.

Digər xəbərlər