news-details
Xəbərlər

Ronaldinyo polis tərəfindən saxlanıldı

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo Paraqvayda polislər tərəfindən saxlanılıb. Buna səbəb onun saxta sənəddən istifadə etməsi olub.

Məlumata görə, braziliyalı sabiq futbolçu qardaşı ilə bərabər Paraqvaya uşaqlar üçün pulsuz bir sağlamlıq proqramı təqdim etmək üçün səyahət edib.

Onların qaldığı oteldə əməliyyat keçirən polislər bir neçə şübhəli sənədə rast gəliblər. Yoxlanış zamanı Ronaldinyonun pasportunun saxta olduğu üzə çıxıb. Qardaşlar hazırda polis bölməsindədirlər.

Məsələ ilə bağlı Paraqvay Daxili İşlər Nazirliyi məlumat yayıb. Ronaldinyo və qardaşına cinayət işi açıldığı bildirilir.

Digər xəbərlər