Çərşənbə axşamı 23.04.2024

"Neftçi"nin yetirməsi yenidən Latviya klubunda

"Neftçi"nin yetirməsi yenidən Latviya klubunda

“Səbail”in yarımmüdafiəçisi Orxan Qurbanlı bundan sonra karyerasını Latviyanın “Dauqavpils” klubunda davam etdirəcək. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Qurbanlı mövsümün sonuna qədər icarə əsasında “Dauqavpils”də çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Qurbanlı 2016-cı ildə də “Dauqavpils”də icarədə oynayıb.