Çərşənbə axşamı 23.04.2024

“Qəbələ” və “Neftçi”dən darmadağın

“Qəbələ” və “Neftçi”dən darmadağın

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi doğma meydanda "Sumqayıt"ı qəbul edib. Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə qonaqlar 2:0 qalib gəlmişdilər. Sumqayıtdakı matçda qalib müəyyənləşməyib - 1:1. Budəfəki görüşdə "Qəbələ" 5 cavabsız qolla qələbə qazanıb.

Günün ikinci matçında isə "Neftçi" və "Sabah" üz-üzə gəliblər. I dövrədə "Bakcell Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 1:1. II dövrədəki oyunda isə "Neftçi" 2:0 hesablı səfər qələbəsi qazanıb. Tərəflər arasında bugünkü dueldə "ağ-qaralar" 4:0 hesablı qalibiyyətə seviniblər.

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" – "Zirə" və "Keşlə" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XX tur

7 mart (şənbə)

“Qəbələ” – “Sumqayıt” - 5:0
Qollar: N.Raysel, 34; 89-pen. A.Seydiyev, 37. R.Muradov, 52. İ.Zuniç, 62.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

“Neftçi” – “Sabah” - 4:0
Qollar: S.Nərimancahan, 6. A.Krivotsyuk, 49. B.Dabo, 62. M.Abbasov, 90+1.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
Bakcell Arena