Cümə 29.03.2024

“Qarabağ” “Keşlə”ni məğlub etdi, “Səbail” “Zirə”yə uduzdu

“Qarabağ” “Keşlə”ni məğlub etdi, “Səbail” “Zirə”yə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Sonuncu oyun günündə də iki görüş keçirilib.

Öncə “Səbail” “Zirə” üz-üzə gəlib. Bu komandaların turnir cədvəlində həm qonşu, həm də eyni xala malik olması oyunu prinsipial edən əsas məqamlardan idi. 4 qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub.

Turun qapanış matçında isə lider “Qarabağ” səfərdə “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu bu oyunda inamlı qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

İlk oyun günündə “Neftçi” “Sabah”ı 4:0, “Qəbələ” “Sumqayıt”ı 5:0 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası

XX tur

8 mart

“Səbail” – “Zirə” - 1:3
Qollar: R.Əliyev, 34 - D.Volkov, 12. A.Ramazanov, 59. Ş.Tiqrudja, 80.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Bakı. “ASCO Arena”

“Keşlə” – “Qarabağ” - 0:2
Qollar: A.Zubir, 34. F.Ozobiç, 87.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. “ASK Arena”, 18:00.