• Çərşənbə axşamı, 07 İyul 2020
news-details
Xəbərlər

Cüdoçularımızın iştirak edəcəyi nüfuzlu turnirlər təxirə salındı

Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları aprelin 30-dək təxirə salıb.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, İcraiyyə Komitəsi koronavirusa görə bu qərarı qəbul edib. Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prillər təxirə salınıb.

IJF cüdo ailəsini qorumaq və dünyada ümumi təhlükəsizlik tədbirlərinə əmək etmək üçün bu addımı atdıqlarını bildirib. Daha öncə koronavirus səbəbindən 6 - 8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub.

Beynəlxalq Cüdo Federasiyasının yarış təqviminə əsasən, mötəbər turnirlər "CBC Sport"la canlı yayımlanır.

Digər xəbərlər