Çərşənbə 24.04.2024

AFFA Cavid Hüseynovla bağlı qərarını açıqladı

AFFA Cavid Hüseynovla bağlı qərarını açıqladı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarı açıqlanıb. Qurum “Zirə” klubu tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində qonaqların kapitanı Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Xatırlaraq ki, Cavid Hüseynovun cəzası növbəti turda "Neftçi"ylə ev matçında bitəcək.