Cümə axşamı 25.04.2024

İspaniya La Liqasının oyunları azarkeşsiz keçiriləcək

İspaniya La Liqasının oyunları azarkeşsiz keçiriləcək

İspaniya La Liqası və Sequndanın qarşıdakı iki turu azarkeşsiz keçiriləcək. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Səbəb kimi koronavirus epidemiyasının yayılması göstərilib. Ölkədə vəziyyət daha da gərginləşəcəyi halda müddət uzadıla bilər.

İspaniyada koronavirusa yoluxan insanların sayı 1200 nəfəri ötüb.

Qeyd edək ki, daha öncə UEFA Çempionlar Liqasında "Napoli" - "Barselona" və "Valensiya" - "Atalanta" matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb.