Cümə axşamı 25.04.2024

“Leypsiq” və “Atalanta” ÇL-in 1/4 finalında

“Leypsiq” və “Atalanta” ÇL-in 1/4 finalında

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

"Valensiya" doğma meydanda "Atalanta"nı qəbul edib. İtaliya təmsilçisi ilk oyunda 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələ üçün yaxşı imkan əldə etmişdi. İliçiçin pokerə imza atdığı cavab matçından yenə qalib ayrılan italiyalılar 1/4 finala yüksəlib.

Gecənin digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası bu dəfə 3 cavabsız qolla məğlub olaraq mübarizəni dayandırıb.

Çempionlar Liqası, 1/8 final

“Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4
Qollar: Qameyro, 21; 51. Torres, 67 – İliçiç, 3-pen; 43-pen; 71; 82.
İlk oyun – 1:4
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

“Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0
Qollar: Zabitser, 10; 21. Forsberq, 87.
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”