• Çərşənbə axşamı, 22 Sentyabr 2020
news-details
Xəbərlər

İtaliya A Seriyasında oyunlar rəsmən dayandı

İtaliya A Seriyasında koronavirus səbəbindən oyunların qeyri-müəyyən vaxta kimi dayandırılmasına qərar verilib. Bu barədə çempionatın təşkili üzrə qurum rəsmi açıqlama verib: "Seriya A rəsmən dayanır. Fasilə veririk, amma qayıdışı səbrsizliklə gözləyirik. Hər şey yaxşı olacaq".

Daha əvvəl bir neçə matç azarkeşsiz keçirilmişdi. Bazar ertəsi İtaliyanın baş naziri Cuzeppe Konte ölkədə bütün idman tədbirlərinin təxirə salındığını bildirmişdi.

Yerli mətbuatın verdiyi xəbərə görə, İtaliya A Seriyasında koronavirusaya görə mövsümün vaxtından əvvəl başa çatması da müzakirə mövzusudur.

Azərbaycanda İtaliya A Seriyasının oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdur.

Digər xəbərlər