Cümə 29.03.2024

PSJ 1/4 finalda, "Liverpul" titulu ilə vidalaşdı

PSJ 1/4 finalda, "Liverpul" titulu ilə vidalaşdı

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Bu gün daha iki komanda 1/4 finala vəsiqə qazanıb.

Gecənin maraqla gözlənən qarşılaşması İngiltərədə keçirilib. Turnirin son çempionu "Liverpul" doğma meydanda "Atletiko" ilə üz-üzə gəlib. İlk oyunda Madrid klubuna minimal hesabla məğlub olan (0:1) “qırmızılar” cavab matçının əsas vaxtını 1:0 üstün başa vurub. 94-cü dəqiqədə Roberto Firmino "Liverpul"un üstünlüyünü 2:0-a çatdırıb. Lakin Madrid təmsilçisinin yarımmüdafiəçisi Markos Lyorente 97-ci və 105+1-ci dəqiqələrdə dubl edib. Matçda son nöqtəni Alvaro Morata qoyub. Nəticədə, ümumi hesabda 4:2 üstün olan "Atletiko" ÇL-in son finalçısını 1/4 finala buraxmayıb.

Digər görüşdə isə PSJ "Borussiya"nı qəbul edib. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

11 mart (çərşənbə)

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qollar: Neymar, 28. Bernat, 45+1.
İlk oyun – 1:2
Paris. “Park de Prens”. Baş hakim: Entoni Taylor (İngiltərə)

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 2:3
Qollar: Veynaldum, 43. Firmino, 94 - Lyorente, 97; 105+1. Morata, 120+1.
İlk oyun – 0:1
Liverpul. “Enfild Roud". Baş hakim: Danni Makkeli (Niderland)