Çərşənbə axşamı 23.04.2024

İspaniya La Liqası dayandırıldı

İspaniya La Liqası dayandırıldı

Futbol üzrə İspaniya çempionatları koronavirus təhlükəsi səbəbindən dayandırılıb. Qarşıdakı iki turda La Liqa və Sequndanın oyunları ilə yanaşı, aşağı liqaların matçları da keçirilməyəcək. Qeyd olunan müddətin uzadılması da müzakirə mövzusudur.

“Real”ın basketbol komandasının bir oyunçusunda koronavirus aşkarlanıb. Klubun basketbol və futbol heyətinin karantinə alındığı bildirilib.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 2,2 mini keçib, 56 nəfər dünyasını dəyişib.