Cümə 26.04.2024

UEFA rəsmən açıqladı: AVRO-2020 təxirə salındı

UEFA rəsmən açıqladı: AVRO-2020 təxirə salındı

Bu yay keçirilməsi nəzərdə tutulan Avropa çempionatı gələn ilə təxirə salınıb. UEFA-nın saytının verdiyi xəbərə görə, koronavirus epidemiyası yayılmağa davam etdiyi üçün qitə futbol qurumu belə bir qərar qəbul edib.

Bu gün quruma üzv olan 55 milli assosiasiya nümayəndəsi ilə keçirilən videomüşavirədə qitə birinciliyinin 2021-ci ilin yayında təşkil olunması razılaşdırılıb. UEFA-nın təklifini milli assosiasiyalar, Avropa Klublar Assosiasiyası (ECA) və Futbolçuların Həmkarlar İttifaqı (FİFPro) müsbət qəbul ediblər.

Məlumatda bildirilir ki, yarışın 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçirilməsi təklif olunub.

Bundan əlavə, UEFA bayrağı altında kişi və qadın futbolçular arasında təşkil edilən bütün yarışlar növbəti sərəncama qədər təxirə salınıb. Həmçinin ölkələrin daxili çempionatlarında mövsümün necə yekunlaşacağı ilə bağlı işçi qrupu yaradılıb.

Hazırda dünyada 181 511 yoluxma faktı qeydə alınıb. 7126 insan dünyasını dəyişib.