Çərşənbə axşamı 23.04.2024

İngiltərə Premyer Liqasında fasilə müddəti uzadıldı

İngiltərə Premyer Liqasında fasilə müddəti uzadıldı

İngiltərədə futbol yarışları aprelin 30-dan tez başlamayacaq. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasın görə ölkə çempionatlarındakı (Premyer Liqa, Çempionşip, Liqa 1, Liqa 2) məcburi fasilənin müddəti aprelin 30-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl çempionat oyunlarının aprelin 3-dək təxirə salınması qərara alınmışdı.