Çərşənbə 24.04.2024

F1: Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı

F1: Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı

"Formula-1" üzrə daha 3 Qran-pri baş tutmayacaq. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub.

Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır.

Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.