Cümə 26.04.2024

Onlar Tokio Olimpiadasında iştirakdan imtina etdilər

Onlar Tokio Olimpiadasında iştirakdan imtina etdilər

Kanada koronavirus pandemiyası səbəbindən Tokioda yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan imtina edib. Bu barədə ölkənin Olimpiya və Paralimpiya oyunlarının saytı məlumat yayıb.

Bildirlir ki, Olimpiadanın təxirə salınması ilə əlaqədar problemlər yaranacaq, lakin idmançıların və beynəlxalq ictimaiyyətin sağlamlığından, təhlükəsizliyindən vacib heç nə ola bilməz.

Avstraliyanın Milli Olimpiya Komitəsinin rəhbəri Met Karol isə açıqlamalarında bildirib ki, iyulda bu yarış keçirilə bilməz. Karolun sözlərinə görə, artıq idmançılar 2021-ci ildə keçiriləcək Olimpiadaya hazırlaşmalıdır.

Beynəlxalq Olimpiya Komitəsi bir meddət əvvəl Tokio Olimpiadasının təxirə salınmayacağını və əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 24-dən avqustun 9-dək keçiriləcəyini açıqlamışdı.