Şənbə 27.04.2024

Bakıda keçiriləcək daha bir yarış təxirə salındı

Bakıda keçiriləcək daha bir yarış təxirə salındı

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq.

Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.