Şənbə 20.04.2024

Şahmat Olimpiadası da təxirə salındı

Şahmat Olimpiadası da təxirə salındı

Moskvada keçiriləcək Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb.

TASS agentliyinin verdiyi xəbərə görə, şahmat olimpiadasının 2021-ci ilin yayında keçirilməsi qərara alınıb. Eyni zamanda, Ümumdünya Şahmat Paralimpiadası gələn ilə təxirə salınıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının avqustun 6-dan 17-dək, Ümumdünya Şahmat Paralimpiadasının isə iyulun 30-dan avqustun 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılırdı.

Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.