Cümə axşamı 28.03.2024

İspaniya La Liqasının bərpası üçün 3 variant nəzərdən keçirilir

İspaniya La Liqasının bərpası üçün 3 variant nəzərdən keçirilir

İspaniya Futbolçular Assosiasiyası və ölkə çempionatını təşkil edən qurum mövsümü bərpa etməkdə qərarlıdır. "Marca" nəşrinin verdiyi xəbərə görə, məsələnin həlli üçün 3 variant nəzərdən keçirilir.

Hadisələrin ən yaxşı inkişafı təqdirində çempionat mayın ortalarında oynanılmağa davam edəcək və iyulda yekunlaşacaq. Belə olan halda, klublar həftədə 3 dəfə oyun keçirməyə hazır olmalıdılar. Həmçinin matçlar tamaşaçısız olacaq.

İkinci variant mövsümün yayda davam etdirilməsi və avqust-sentyabrda başa çatdırılmasıdır.

Digər varianta əsasən, koronavirus pandemiyası aradan qaldırılmasa, çempionat sentyabrda bərpa oluna bilər. Bu zaman növbəti mövsümü yeni tarixlərə keçirmək lazım gələcək.

Çempionatlar martın 12-də dayandırılıb.

Hazırda İspaniyada 64 mindən çox insan koronavirusa yoluxub. Onlardan 4 858-i dünyasını dəyişib.