Çərşənbə axşamı 23.04.2024

"Gələcəyə doğru" filmi

"Gələcəyə doğru" filmi

Selcan Hüseynova 2007-ci ildə Mingəçevir şəhərində doğulub. AFFA-nın Mingəçevirdə yaşayan məşqçisi təsadüfən onu görüb və futbola cəlb edib. Selcan AFFA-nın qızlardan ibarət milli komandasının baş məşqçisi Patrisia Qonzaleslə tanışlıqdan sonra futbola sevgisi daha da artıb və taleyi futbol ilə bağlanıb.

Bəlkə də əli hər şeydən üzüləndə, sabahın ona müjdəli bir xəbər gətirəcəyinə inamını tamam itirəndə ümid kimi qolundan tutub onu yıxılmağa qoymayan, addımlarını daha cəsarətlə, daha özünəəminliklə atmasına imkan verən FUTBOL olub.

"CBC Sport" və AFFA-nın birgə layihəsi olan "Gələcəyə doğru" filmi. Bu bazar saat 20:00-da izləməyi unutmayın.