news-details
Xəbərlər

UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmaq istəyir

UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını avqust ayında keçirtmək niyyətindədir.

“Sunday Times” qəzetinin yazdığına görə, qitə futbol qurumu maliyyə səbəbləri ilə mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil. Belə ki, UEFA təkcə İngiltərədəki televiziya hüquqlarının satışından əldə ediləcək 840 milyon avrodan məhrum ola bilər.

Qeyd olunur ki, mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək.

Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb.

Digər xəbərlər