news-details
Xəbərlər

“Formula 1 baş tutmasa, Azərbaycan pul itirməyəcək”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport” nəşrinə açıqlama verib. O, hazırkı vəziyyətin fors-major hal olduğunu vurğulayıb:

“Düşünürəm ki, yarışın Bakıda baş tutmaması “Formula 1” üçün böyük gəlir itkisi olacaq. Bu, bizim nəzarətimizdən kənar məsələdir. Yalnız yerli deyil, bütün dünya üçün fors-major haldır.

Müqavilədə bənd var ki, bu cür durumlar fors-major vəziyyətdə nəzərə alınır. Yarış baş tutmasa, hökumətimiz pul itirməyəcək. “Formula 1”in keçirilməməsi bizdən asılı olmayacaq. Yarışı hazırkı vəziyyətdə tanıtmağımız belə qanunsuzdur”.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Qran-prilərdən ikisini ləğv edib, beşini isə təxirə salıb. Azərbaycan Qran-prisi 5-7 iyunda keçirilməli idi.

Digər xəbərlər