Şənbə 27.04.2024

UEFA-nın müraciəti: "Çempionatları ləğv etmək əsassızdır"

UEFA-nın müraciəti: "Çempionatları ləğv etmək əsassızdır"

UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanmasının əsassız qərar olduğunu düşünür. "Sky Sports"un verdiyi xəbərə görə, bu barədə quruma üzv 55 milli assosiasiyaya göndərilmiş məktubda bildirilir.

Məktubda "Bu mərhələdə daxili yarışlardan imtina etmək üçün verilən hər hansı qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Heç bir alternativ qalmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır" – deyə, yazılıb.

UEFA-nın xüsusi olaraq yaradılan işçi qrupları mövsümü iyulda bərpa etmək üzərində işləyirlər.

Qeyd edək ki, Belçikada çempionatın ləğv olunması məsələsi gündəmdədir. Bu, baş verəcəyi halda "Brügge" çempion elan ediləcək.