Cümə axşamı 25.04.2024

İPL-də mövsüm ləğv olunsa, klublar nə qədər pul itirəcəklər? - FOTO

İPL-də mövsüm ləğv olunsa, klublar nə qədər pul itirəcəklər? - FOTO

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqası martın 13-dən etibarən təxirə salınıb. Əgər ölkə çempionatında mövsümün geridə qalan hissəsi oynanılmasa, klubların nə qədər ziyana düşəcəyi məlum olub.

Britaniyanın "Daily Mail" nəşri İPL klublarının təxmini itkilərini hesablayıb. Bura teleyayım hüquqları, bilet satışları və sponsorluq müqavilələrindən əldə olunan gəlirlər daxildir.

"Mançester Yunayted" İngiltərədə koronavirus pandemiyasından ən çox əziyyət çəkən klubdur. "Qırmızı şeytanlar" 116,4 milyon funt vəsait itirəcək.

Sıralamada ikinci yeri 109,3 milyon funt itki ilə "Mançester Siti" tutur. "Liverpul" (102,6 milyon funt) 3-cü, "Çelsi" (91 milyon funt) 4-cü, "Tottenhem" (83 milyon funt) 5-ci, "Arsenal" isə (74,8 milyon funt) 6-cıdır.

İPL-də mövsüm ləğv olunsa, klublar nə qədər pul itirəcəklər? - FOTO
İPL-də mövsüm ləğv olunsa, klublar nə qədər pul itirəcəklər? - FOTO