news-details
Xəbərlər

Azərbaycan - Ermənistan oyunu ləğv olundu

Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il təşkil olunmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi.

Kiçik dövlətlərin Avropa çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

FIBA yarış üçün ən yaxşı variantı mayda şuranın növbəti iclasında təqdim edəcək.

Digər xəbərlər