FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Qurumun rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Yığmamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.
Koronavirus pandemiyası səbəbindən yarışların dayanması ilə əlaqədər digər komandaların da mövqelərində ciddi dəyişiklik olmayıb.
Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq matçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.