Cümə 19.04.2024

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar verildi

Martın 12-də Bakıda start götürsə də, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytının verdiyi xəbərə görə, qurumun İcraiyyə Komitəsinin video-konfransı keçirilib. Toplantıda yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyi bildirilib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Bundan əlavə, 14 - 16 may tarixləri arasında Bakıda keçirilməsi planlaşdırıldığı halda, təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə olacaq.

FIG bildirib ki, bütün dünya çempionatları növbəti ildə keçiriləcək və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanılır.