Cümə 29.03.2024

Ferqyuson - Qeydji döyüşü təxirə salındı

Ferqyuson - Qeydji döyüşü təxirə salındı

ABŞ təmsilçiləri Toni Ferqyuson və Castin Qeydji arasında UFC 249 çərçivəsində yüngül çəkidə müvəqqəti çempionluq titulu uğrunda aprelin 18-də keçirilməsi nəzərdə tutulan döyüş koronavirusa görə təxirə salınıb.

Bu barədə UFC-nin rəhbəri Deyna Uayt ESPN kanalına açıqlamasında deyib: "Biz bu döyüşü təşkil etməyə hazır idik. Ancaq görüşün keçirilməməsi ilə bağlı yuxarı dairələrdən zəng gəldi. UFC 249 ləğv etməyə qərar verdik".

Əvvəlcə əsas döyüş Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Lakin, Nurməhəmmədov koronavirusa görə görüşdən imtina etmiş, onu Castin Qeydji əvəzləmişdi.