• Çərşənbə axşamı, 07 İyul 2020
news-details
Xəbərlər

Beynəlxalq turnir ləğv olundu, "Barselona" və "Real" 18 milyon avro itirdilər

Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilib. Bu barədə turnirin rəsmi sosial şəbəkə hesablarından açıqlama verilib.

Məlumatda bildirilir ki, oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının bilinməməsi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənlik Beynəlxalq Çempionlar Kubokunun bu yay keçirilməsinin mümkün olmadığını göstərir.

Belə olan halda, klublar maliyyə itkiləri ilə üzləşəcəklər. Bu yay Las-Veqasdakı yeni stadionda "Barselona" və "Real" kollektivləri qarşılaşmalı idilər. İspaniya nəhəngləri bu matçdan 18 milyon avro gəlir götürəcəkdilər.

Qeyd edək ki, 2013-cü ildən bu yana hər yay əsasən ABŞ və Asiyada təşkil edilən Beynəlxalq Çempionlar Kubokunda dünyanın aparıcı klubları yoldaşlıq görüşləri çərçivəsində güclərini sınayırlar.

Digər xəbərlər