Şənbə 20.04.2024

İtaliya hökumətinin A Seriyası ilə bağlı planı

İtaliya hökumətinin A Seriyası ilə bağlı planı

İtaliya hökuməti 2021-ci ilin yanvar ayına qədər ölkədə keçiriləcək futbol matçlarında azarkeşlərin iştirakını qadağan edəcək.

Bu barədə “BeIN Sports” kanalının jurnalisti Tankredi Palmeri “Twitter” hesabında yazıb.

Bu arada, koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A seriyasının bərpa və başa çatma günü ilə bağlı növbəti mümkün tarixlər açıqlanıb.

“La Gazzetta dello Sport” nəşri yazır ki, karantin başa çatdıqdan bir gün sonra komandalar məşqlərə başlayacaq.

Məlumatda bildirilir ki, mayın 4-də hazırlıqlara start verəcək A seriyası təmsilçiləri aprelin 27-də bütün futbolçuları və məşqçi heyətini testdən keçirməyi planlaşdırır. Bunun üçün klub rəhbərləri müvafiq icazə almalıdır.

Çempionatın qarşılaşmaları isə məşqlər bərpa olunandan 27 gün sonra – mayın 31-də başlaya bilər. Əgər bu plan reallaşsa, çempionat iyulun 12-də yekunlaşacaq.