Cümə axşamı 28.03.2024

Azərbaycan qılıncoynadanlarının da qatılacağı turnirlər təxirə salınıb

Azərbaycan qılıncoynadanlarının da qatılacağı turnirlər təxirə salınıb

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, bununla bağlı bütün yerli federasiyalara məktub ünvanlanıb.

Təxirə salınan yarışlara “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kuboku da daxildir.

Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Bundan əlavə, yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də “dondurulub”.

Turnirlərin yalnız pandemiya dövrü başa çatdıqdan sonra başlayacağı bildirilib.

Qeyd edək ki, bu yarışlarda Azərbaycan qılıncoynadanlarının da iştirakı nəzərdə tutulurdu.