Cümə 19.04.2024

Maqnus Karlsen finalda 16 yaşlı şahmatçıya uduzdu

Maqnus Karlsen finalda 16 yaşlı şahmatçıya uduzdu

Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 16 yaşlı zəka sahibi FIDE-nin bayrağı altında çıxış edən əslən iranlı Əlirza Firuzcaya məğlub olub.

Chess24.com şahmat platformasının təşkil etdiyi "Banter Blitz Cup" onlayn şahmat turnirinin final qarşılaşması Firuzcanın qələbəsi ilə nəticələnib – 8,5:7,5.

Firuzca kubokdan əlavə, 14 000 ABŞ dolları məbləğində pul mükafatına sahib olub.