Şənbə 20.04.2024

Miçel Madera: "Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq"

Miçel Madera: "Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq"

“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera Azərbaycandakı vəziyyət barədə ölkəsinin mətbuatına danışıb. Təcrübəli yarımmüdafiəçi “Lavozdeasturias” nəşrinə açıqlamasında bunları söyləyib:

“Burada 1100-dən çox insan koronavirusa yoluxub. Aprelin 20-dək evdə qalmalıyıq. Gündə yalnız iki saat çölə çıxa bilərik. Bunu edərkən əvvəlcədən xəbərdarlıq mesajı göndərməliyik. Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Liqaların taleyini həmin vaxt biləcəyik. Qaydalar sərtdir, ancaq hər şeyin düzələcəyinə ümid edirəm".

İspaniyalı legioner ölkəsi barədə də danışıb: “İspaniyadan görmək istədiyim - ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq. Ən qısa vaxtda futbola qayıtmaq hamımızın istəyidir".