Şənbə 20.04.2024

Millimizin kapitanı koronavirusla mübarizənin ön cərgəsində - FOTO

Millimizin kapitanı koronavirusla mübarizənin ön cərgəsində - FOTO

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.

Bu barədə AFFA-nın rəsmi "Facebook" səhifəsi xəbər yayıb:

"Çimərlik futbolu üzrə milli komandamızın kapitanı Asif Zeynalovun timsalında "Covid-19"-la mübarizədə canlı sipər olan bütün görünməz qəhrəmanlara təşəkkür edirik!"

Çimərlik futbolu ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində xilasedici işləyən 37 yaşlı yarımmüdafiəçi karantində olan insanların təcrid rejiminə əməl etmələrinə nəzarət edir.

Millimizin kapitanı koronavirusla mübarizənin ön cərgəsində - FOTO
Millimizin kapitanı koronavirusla mübarizənin ön cərgəsində - FOTO