news-details
Xəbərlər

Təxirəsalınma müddəti mayın 4-dək uzadılıb

Azərbaycan Futzal Federasiyası yarışların təxirə salınması müddətini uzadıb.

Federasiyanın rəsmi saytının verdiyi məlumata görə, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub.

Bildirilib ki, Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb.

Federasiya oyunların başlama tarixi barədə əlavə məlumatın veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti də 2020-ci il mayın 4-dək uzadılıb.

Digər xəbərlər