Cümə axşamı 25.04.2024

"Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir"

"Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir"

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə müqayisə olunmasına münasibət bildirib.

Uzun müddət öncə karyerasını bitirmiş "sambaçı" "Instagram"da italiyalı keçmiş futbolçu Fabio Kannavaroya müsahibəsində maraqlı fikirlər səsləndirib:

"Əlbəttə, Kriştianu Ronalduya əsl Ronaldonun mən olduğumu söylədikdə əsəbiləşir. İnsanları müqayisə etmək olmaz. O, bir çox qol vurub, hər mövsüm inanılmaz sabitlik göstərir və bunun sayəsində futbol tarixində əbədi qalacaq. Messi kimi ən yaxşılardan biridir".

Kriştianu Ronalduya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın adı verilib. Hər iki oyunçunun latınca adı eyni cür yazılır.