Cümə 26.04.2024

Ümit Özat Azərbaycan klubu ilə danışıqlar apardığını açıqlayıb

Ümit Özat Azərbaycan klubu ilə danışıqlar apardığını açıqlayıb

Bosniya Herseqovinanın "Çelik" klubunun baş məşqçisi olan Ümit Özat karyerasını Azərbaycanda davam etdirmək variantından danışıb. Onun koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən öncə çalışdırmağa başladığı bu komandadan işçi vizası ala bilmədiyi üçün ayrılacağı gözlənilir.

Bir müddət əvvəl adı "Sabah"la birgə hallanan 44 yaşlı mütəxəssis "Instagram"da canlı bağlantı zamanı hələ də Azərbaycandan təklifinin olduğunu söyləyib:

"Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm. Koronavirus xəstəliyi yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla danışıqlarım olmuşdu. Lakin koronavirusa görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, karyeramı həmin ölkələrdən birində davam etdirdim".