Cümə axşamı 25.04.2024

UEFA Azərbaycan klublarına pul ödəyəcək

UEFA Azərbaycan klublarına pul ödəyəcək

UEFA Avropa klublarına maliyyə yardımı edəcək. Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, UEFA bayrağı altındakı yarışlara qatılan 55 milli asssosiasiyanın 676 klubuna 70 milyon avro ödəniləcək.

Məbləğin 50 milyon avrosu oyunçularını pley-off mərhələsində iştirak etməyən 39 milli komandaya göndərmiş klublara veriləcək.

Oyunçuları pley-off iştirakçısı olan 16 yığmaya dəvət alan klubların hesabına 17,7 milyon avro köçürüləcək.

Yerdə qalan 2,7 milyon avro isə payızda pley-off qarşılaşmaları başa çatdıqdan sonra paylanılacaq.