Cümə 29.03.2024

Koronavirusa görə daha bir ölkədə çempionat dayandı

Koronavirusa görə daha bir ölkədə çempionat dayandı

Tacikistanda bütün daxili yarışlar koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq dayandırılıb. Bu barədə yerli futbol federasiyasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqalar hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra təxirə salınıb.

Buna baxmayaraq, çempionatın IV turunun sabaha planlaşdırılan bütün görüşləri təşkil olunacaq. Daha sonra ölkə çempionatı 10 may tarixinə kimi dayandırılacaq.

Xatırladaq ki, Tacikistan çempionatı koronavirus pandemiyasına baxmayaraq dünyada davam edən nadir liqalardan biri idi. Rəsmi açıqlamaya görə, sözügedən ölkədə COVID-19 yoluxma faktı qeydə alınmayıb.