Azərbaycan Voleybol Federasiyası koronavirus pandemiyası səbəbindən voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqası ilə bğlı açıqlama yayıb.
Vaxtsız dayandırılan çempionatların nəticələri və 2020-2021 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları barədə yaxın günlərdə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, hər iki liqa mart ayından dayandırılıb.